"Liverpul"un baş məşqçisi Arne Slot növbəti mövsümdə komandanın sükanı arxasında qalıb-qalmayacağı ilə bağlı fikirlərini bölüşüb.
Matc.az xəbər verir ki, niderlandlı mütəxəssis Mersisayd təmsilçisində çalışmağa davam edəcəyini bildirib:
"Növbəti mövsümdə də "Liverpul"un baş məşqçisi olaraq qalacağıma inanmaq üçün hər cür əsasım var. Gələn mövsüm üçün planlar hazırlanıb, klubla yeni oyunçularla danışıqlar davam edir. Mən də bu prosesdə iştirak edirəm".
Arne Slot 2024-cü ilin yayında "Liverpul"a rəhbərlik etməyə başlayıb. "Qırmızılar" onun rəhbərliyi altında ötən mövsüm İngiltərə Premyer Liqasının çempionu titulunu qazanıblar. Komanda cari mövsümdə isə ölkə çempionatında 36 turdan sonra aktivindəki 59 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

_1778766155.jpg)





_1778759398.jpg)





