Antonio Konte gələn mövsüm "Napoli"nin baş məşqçisi vəzifəsində çalışmağa davam edə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Neapol təmsilçisi italiyalı məşqçini postunda saxlamağa çalışmağı planlaşdırır. Konte ilə klub prezidenti Aurelio De Laurentiis arasında görüşün may ayının sonuna qədər keçirilməsi nəzərdə tutulub.

56 yaşlı çalışdırıcının klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Onun mövsümlük maaşı 8 milyon avrodur. Konte 2024-cü ildən "Napoli"yə rəhbərlik etməyə başlayıb və artıq komanda ilə birlikdə A Seriyasını və İtaliya Super Kubokunu qazanıb.

Qeyd edək ki, "Napoli" bu mövsüm İtaliya çempionatında 36 turdan sonra 70 xal toplayaraq turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest