"Beşiktaş" Türkiyə SUper Liqasının sonuncu - XXXLV turunun "Rizespor" la matçına ciddi itki ilə çıxacaq.

Matc.az xəbər verir ki, hücumçu Hyon-qyu O səfər oyununda komandaya kömək edə bilməyəcək.

Cənubi koreyalı forvard XXXIII turun "Trabzonspor"la görüşündə (1:2) zədələnib. 25 yaşlı futbolçu komanda ilə birlikdə səfərə aparılmayıb.

Qeyd edək ki, "Rizespor" - "Beşiktaş" qarşılaşması sabah keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest