17 May 2026, 17:36
FUTBOL
"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandes Premyer Liqada mövsüm ərzində ən çox məhsuldar ötürmə rekordunu təkrarlayıb.
Matc.az xəbər verir ki, o, 37-ci turun "Nottingem Forest"ə qarşı oyununda cari mövsüm 20-ci məhsuldar ötürməsini edib.
Fernandesdən əvvəl "Arsenal"ın keçmiş hücumçusu Tyerri Anri 2002/03 mövsümündə, "Mançester Siti"nin keçmiş yarımmüdafiəçisi Kevin De Bruyne isə 2019/2020 mövsümündə eyni sayıda məhsuldar ötürmə edib.
Qeyd edək ki, Fernandes 2020-ci ilin yanvar ayından Mançester klubunda oynayır. Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 40 milyon avrodur.












