18 May 2026, 10:33
FUTBOL
"Fənərbaxça" Nelson Semedu ilə yollarını ayırmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
İstanbul nəhəngi portuqaliyalı sağ cinah müdafiəçisinin illik 4,8 milyon avro olan maaşından qurtulmaq istəyir. Türkiyə klubu 32 yaşlı futbolçu üçün gələn təklifləri dəyərləndirəcək.
Qeyd edək ki, "Fənərbaxça" Nelson Semedunu mövsümün əvvəlində "Vulverhempton"dan transfer edib. Təcrübəli müdafiəçi komandanın heyətində keçirdiyi 40 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.













