Türkiyə Superliqasında sonuncu, XXXIV turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, mövsümün son oyun günündə 5 qarşılaşma baş tutub.
Çempion "Qalatasaray" səfərdə "Kasımpaşa"ya minimal hesabla məğlub olub.
Mövsümü ikinci pillədə başa vuran "Fənərbaxça" evdə "Eyüpspor"la heç-heçəyə razılaşıb – 3:3.
Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan "Trabzonspor" isə doğma meydanda 0:3 hesabı ilə uduzub.
Türkiyə Superliqası
XXXIV tur
17 may
"Kayserispor" – "Konyaspor" - 2:1
Qollar: Benes, 49, Çalov, 74 // Yağmur, 47
"Antalyaspor" – "Kocaelispor" - 1:0
Qol: Ballet, 79
"Kasımpaşa" – "Qalatasaray" - 1:0
Qol: Benedzyak, 27
"Trabzonspor" – "Gənclərbirliyi" - 0:3
Qollar: Traore, 45, Tonqya, 88, Mimaroğlu, 90+3
"Fənərbaxça" – "Eyüpspor" - 3:3
Qollar: Fred, 68, Aktürkoğlu, 79, 82 // Leqovski, 17, Altunbaş, 36, Ulvan, 87













