Mövsümün sonunda "Liverpul"la müqaviləsi başa çatan Endryu Robertson karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

"Fənərbaxça" yayda azad agent statusunda olacaq şotlandiyalı futbolçunu heyətinə qatmaq istəyir. İstanbul nəhənginin 32 yaşlı sol cinah müdafiəisi ilə razılıq əldə etməyə yaxın olduğu bildirilir.

Qeyd edək ki, Endryu Robertson bu mövsüm "Liverpul"un heyətində bütün turnirlərdə keçirdiyi 35 oyunda 3 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest