18 May 2026, 11:30
FUTBOL
Niderland Erediviziyasında 2025/26 mövsümü yekunlaşıb.
Matc.az xəbər verir ki, bu mövsüm PSV-nin mütləq dominantlığı sayəsində Niderland futbolunun tarixinə düşüb.
Eyndhoven təmsilçisi çempionatı ən yaxın izləyicisi ilə xal fərqinə görə Niderland elitası tarixinin rekord göstəricisini müəyyənləşdirib. PSV 84 xal toplayaraq mövsümün başa çatmasına beş tur qalmış çempionluğunu təmin edib. Mövsümü 65 xalla tamamlayan "Feyenoord" isə gümüş medallara sahib çıxıb.
Beləliklə, birinci və ikinci yerlər arasındakı fərq 19 xal təşkil edib ki, bu da Erediviziyada yeni rekorddur.






_1779100904.jpg)






