"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali Premyer Liqada klubunu dəyişə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

"Arsenal" və "Mançester Yunayted" italiyalı futbolçunu transfer etmək istəyir. Klubu 26 yaşlı dayaq yarımmüdafiəçisi üçün 80 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, Sandro Tonali bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 53 oyunda 3 qol vurub, 7 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest