18 May 2026, 09:20
FUTBOL
"Ayntraxt" baş məşqçisi Albert Riera ilə yolları ayırdığını açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 44 yaşlı ispan mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
Albert Riera bu ilin fevral ayında Dino Toppmölleri əvəz edərək Frankfurt klubuna rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 14 oyun keçirib, 4 qələbə qazanıb, 5 heç-heçə edib və 5 dəfə məğlub olub.
Qeyd edək ki, "Ayntraxt" Bundesliqanı 44 xalla 8-ci sırada başa vurub.


_1779100904.jpg)










