Nəriman Axundzadənin formasını geyindiyi "Kolambus Kryu" baş məşqçi Henrik Ridströmlə yollarını ayırıb.

Matc.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Loran Kurtua müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edəcək.

Qeyd edək ki, "Kolambus Kryu" Şərq Konfransında 14 turdan sonra 13 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest