İspaniyalı mütəxəssis özü ayrılıq qərarı verib. 55 yaşlı çalışdırıcı ayın 24-də "Aston Villa" ilə keçiriləcək matçdan sonra klubu tərk edəcək.
Pep Qvardiola mövsümün sonunda "Mançester Siti"dən ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı mütəxəssis özü ayrılıq qərarı verib. 55 yaşlı çalışdırıcı ayın 24-də "Aston Villa" ilə keçiriləcək matçdan sonra klubu tərk edəcək.
Qeyd edək ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edirdi. Bu müddət ərzində komanda onun başçılığı altında 20 titul qazanıb. "Şəhərlilər" 6 dəfə Premyer Liqanın qalibi olub, hərəsi 3 dəfə olmaqla İngiltərə Kuboku və İngiltərə Superkubokunu qazanıb, 5 dəfə İngiltərə Liqa Kubokuna, 1 dəfə isə UEFA Çempionlar Liqası kubokuna sahib çıxıblar.













