"İnter Mayami" və Argentina milli komandasının hücumçusu Lionel Messinin xalis sərvəti 1 milyard dolları keçib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Bloomberg" yayıb.

2007-ci ildən bəri futbolçu 700 milyon dollardan çox maaş və bonus qazanıb. "Bloomberg"in təhlili göstərir ki, vergilər, bazar göstəriciləri, investisiyalar və sponsorluqlardan əldə edilən gəlir nəzərə alındıqdan sonra onun xalis sərvəti 1 milyard dolları keçib.

Onun ABŞ-a getməsi bu göstəricilərə çatmasına imkan yaradıb. "İnter Mayami"dən gələn ödənişlər, televiziya gəlirinin müəyyən faizi, eləcə də daşınmaz əmlak investisiyaları və Argentinada restoran şəbəkəsindəki payından əldə etdiyi gəlir Messinin sərvətinin artmasında mühüm rol oynayıb.

Qeyd edək ki, "İnter Mayami"nin maliyyə vəziyyəti durmadan yaxşılaşır. Klubun dəyəri bir ildə 20%-dən çox artaraq təxminən 1,45 milyard dollara çatıb. "İnter Mayami" hazırda ABŞ-ın ən dəyərli futbol komandasıdır və bu göstəriciyə görə dünyada 16-cı yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest