"Mançester Yunayted" əsas komandanın baş məşqçisi ilə bağlı qərar verib.

Matc.az xəbər verir ki, "qırmızı şeytanlar" Maykl Kerriklə yola davam edəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mütəxəssislə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Maykl Kerrik bu ilin yanvarında "Mançester Yunayted"in baş məşqçisi vəzifəsinə təyin olunub. "Qırmızı şeytanlar" Premyer Liqada 37 turdan sonra 68 xal toplayıb və turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest