PSJ-nin cənubi koreyalı yarımmüdafiəçisi Li Kanq İn Paris klubundan ayrılmağa qərar verib və karyerasını "Atletiko"da davam etdirməyə üstünlük verir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Matteo Moretto paylaşıb.

Bildirilir ki, Fransa təmsilçisi futbolçunun transferinə görə 30 milyon avro tələb edir. Madrid və Paris klubları arasındakı münasibətlər yüksək səviyyədədir və bu, transferin reallaşma ehtimalını artırır.

"Atletiko" asiyalı oyunçunu təkcə heyəti gücləndirmək üçün deyil, həm də Asiya bazarındakı marketinq gəlirlərini yüksəltmək məqsədilə transfer etmək niyyətindədir.

Ötən mövsüm Paris klubunun heyətində ümumilikdə 39 rəsmi matçda meydana çıxan 25 yaşlı yarımmüdafiəçi, 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı cənubi koreyalı futbolçunun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest