Portuqaliya millisinin hücumçusu Rafael Leao Çiliyə qarşı keçirilən yoldaşlıq oyununda (2:1) baş verən insidentə görə FİFA tərəfindən ciddi cəzalana bilər.
Matc.az xəbər verir ki, futbolçu yoldaşlıq görüşündə qayda pozuntusuna görə meydandan qovulsa da, cəzanın rəsmi oyunlara şamil edilməsi riski var.
Matçın ilk yarısının sonlarında Portuqaliya hücumçusu Rafael Leao və Çili müdafiəçisi İvan Roman arasında yan xətt yaxınlığında dava düşüb. Rəqibinin boynundan tutaraq üzünə yumruq vuran Leao birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb.
Yoldaşlıq oyunlarındakı qırmızı vərəqələr adətən növbəti qeyri-rəsmi matçlara şamil olunsa da, Leaonun hərəkəti "ciddi intizamsızlıq" kateqoriyasına düşdüyü üçün FİFA İntizam Komitəsi fərqli qərar verə bilər. Bu halda, portuqaliyalı ulduz iyunun 11-də start götürəcək 2026-cı il dünya çempionatının açılış matçlarından kənarda qalacaq.
Xatırladaq ki, Portuqaliya millisi dünya çempionatının K qrupunda Konqo Demokratik Respublikası, Özbəkistan və Kolumbiya ilə mübarizə aparacaq.










.jpg_1780781384.jpg)


