"Renn" klubu heyətin əsas qol silahı olan Esteban Lepaul ilə yeni müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Get Football News France" portalı yayıb.

Klub rəhbərliyi hələlik bu barədə rəsmi açıqlama verməsə də, "Transfermarkt" portalında 26 yaşlı fransalı hücumçunun müqavilə müddətinin 30 iyun 2029-cu ilə qədər uzadıldığı qeyd olunub.

Ötən il "Anje"dən transfer edilən futbolçu dərhal komandanın liderinə çevrilib. O, meydana çıxdığı 32 matçda 21 qol və 5 məhsuldar ötürmə ilə yaddaqalaraq Liqa 1-in ən məhsuldar oyunçusu ünvanını qazanıb.

Qol və məhsuldar ötürmə sayına görə Fransa çempionatının ən effektiv hücumçusu hesab olunan Lepaulu bir müddət öncə "Atletiko" və "Napoli" klubları da yaxından izləyirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest