"Liverpul"un hücumameylli yarımmüdafiəçisi Kodi Qakpo karyerasını digər İngiltərə nəhəngi "Tottenhem"də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Soccernews.nl" portalı yayıb.
"Tottenhem"in baş məşqçisi Roberto De Zerbi niderlandlı futbolçunun xidmətində maraqlı olduğunu rəhbərliyə bildirib. İtaliyalı mütəxəssis uzun müddətdir yaxından izlədiyi 27 yaşlı oyunçunu London klubunun hücum xəttini gücləndirmək üçün əsas namizəd kimi görür.
Qakponun yaxın münasibətdə olduğu baş məşqçi Arne Slotun "Liverpul"dan gedişindən sonra mersisaydlılardan ayrılmağı ciddi şəkildə düşündüyü vurğulanır.
Geridə qalan mövsümdə "Liverpul"un heyətində bütün turnirlərdə ümumilikdə 52 matça çıxan Kodi Qakpo 9 qol və 6 məhsuldar ötürmə ilə yaddaqalıb. "Transfermarkt" portalı təcrübəli niderlandlının dəyərini 60 milyon avro olaraq qiymətləndirir.













