"Qalatasaray"ın hücumçusu Viktor Osimhenin xidməti "Barselona"ya təklif edilib. Kataloniya klubu nigeriyalı forvardın transferi imkanlarını dəyərləndirə bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Diario Sport" nəşri paylaşıb.
Kataloniya təmsilçisi 27 yaşlı nigeriyalı qolkiperin keyfiyyətlərini yüksək qiymətləndirsə də, klubun əsas transfer hədəfi dəyişməz olaraq qalır. İspaniya nəhəngi prioritet variant kimi "Atletiko"nun hücumçusu Xulian Alvaresi rənglərinə bağlamaq istəyirlər. İqtisadi çətinliklərə baxmayaraq, "Kamp Nou" rəhbərliyi argentinalı futbolçunun transferinin reallaşacağına inanır.
Qeyd edək ki, Viktor Osimhen geridə qalan mövsümdə "Qalatasaray"ın heyətində Türkiyə Superliqasında uğurlu performans nümayiş etdirib. Nigeriyalı ulduz meydana çıxdığı 22 matçda 15 qol vurmağı və 5 məhsuldar ötürmə etməyi bacarıb.













