"Mançester Yunayted" yay "transfer pəncərəsi"ndə ilk keçidini reallaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.
Bildirilir ki, "qırmızı şeytanlar" İtaliyanın "Atalanta" klubu ilə braziliyalı mərkəz yarımmüdafiəçisi Edersonun transferi barədə tam razılıq əldə ediblər və bütün sənədlər artıq imzalanıb.
Bu transfer üçün İngiltərə təmsilçisi "Atalanta"ya 45 milyon avro ödəyəcək. Futbolçu ilə şəxsi müqavilənin şərtləri isə hələ may ayında razılaşdırılıb və yaxın vaxtlarda rəsmi imza mərasimi keçiriləcək.
Qeyd edək ki, 2022-ci ilin yayından bəri Berqamo klubunda çıxış edən 26 yaşlı braziliyalı yarımmüdafiəçi, geridə qalan mövsümdə bütün turnirlərdə meydana çıxdığı 41 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yaddaqalıb.













