"Monako" klubu "Barselona"nın cinah yarımmüdafiəçisi Ansu Fatinin transferi ilə bağlı tam razılıq əldə edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabrisio Romano paylaşıb.

Bildirilir ki, Fransa təmsilçisi 23 yaşlı ispaniyalı futbolçunun daimi keçidi üçün Kataloniya klubuna 11 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, gənc ulduz ötən mövsümü də icarə əsasında "Monako"da keçirib. O, Liqa 1-də meydana çıxdığı 25 qarşılaşmada 11 qol vuraraq komandanın uğurlarında pay sahibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest