79 yaşlı funksioner Florentino Peres rəqibi Enrike Rikelmeni səslərin 64,1%-i ilə məğlub edərək növbəti dəfə qələbəni bayram edib

"Real" klubunda keçirilən prezident seçkilərinin qalibi müəyyənləşib.
Matc.az xəbər verir ki, bu barədə "El Chiringuito" telekanalı məlumat yayıb.
79 yaşlı funksioner Florentino Peres rəqibi Enrike Rikelmeni səslərin 64,1%-i ilə məğlub edərək növbəti dəfə qələbəni bayram edib. Bu nəticə ilə o, 2030-cu ilə qədər Madrid klubunun rəhbərliyində qalacaq. Qeyd edək ki, bu, Peresin "Kral klubu"na ardıcıl 8-ci dəfə rəhbərlik edəcəyi prezidentlik dövrü olacaq.
Peresin seçkilərdəki qələbəsindən sonra Joze Mourinyonun yenidən "Real"ın baş məşqçisi postuna gətirilməsi gündəmdədir. Yenidən seçilmiş prezident seçkiqabağı vədlərində komandanı gücləndirmək məqsədilə "Liverpul"dan müdafiəçi İbrahima Konate və "İnter"dən Denzel Dumfrisin transfer ediləcəyini bildirmişdi.
Xatırladaq ki, "Real" başa çatan mövsümdə İspaniya La Liqasında çempion "Barselona"dan 8 xal geridə qalaraq 2-ci yeri tutub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest