"İnter Mayami"nin əfsanəvi hücumçusu Lionel Messi Argentina milli komandasında növbəti tarixi rekorda imza atıb. Təcrübəli kapitan yığmanın tarixində qol vuran ən yaşlı oyunçu adını qazanıb.
Matc.az xəbər verir ki, Argentina millisi DÇ-2026-ya hazırlıq çərçivəsində İslandiya ilə yoldaşlıq görüşünə çıxıb. Qarşılaşma "tanqoçular"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
May ayında aldığı zədədən sonra ilk dəfə yaşıl meydanlara qayıdan Messi, matçın 72-ci dəqiqəsində penalti zərbəsini dəqiq yerinə yetirərək komandasının qollarından birini vurub.
İslandiya ilə oyunda 38 yaş 351 günlük olan Leo bu qolla Argentina yığmasının rekordunu yeniləyib. Əvvəlki göstərici 1957-ci ildə 38 yaş 28 günlük ikən qol vuran "River Pleyt"in əfsanəsi Anxel Labrunaya məxsus idi.
Qeyd edək ki, bu, Messinin Argentina millisində vurduğu ümumilikdə 117-ci qol olub. O, bənzərsiz göstərici ilə yığma tarixinin ən məhsuldar oyunçusu statusunu qoruyur.












_1781108547.jpg)
