Almaniya yığmasının təcrübəli qapıçısı Manuel Noyer Dünya Çempionatının startı ərəfəsində komanda ilə birlikdə məşqlərə başlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı BILD nəşri yayıb.

ABŞ-nin Uinston-Salem şəhərində təşkil olunan təlim-məşq toplanışında digər qolkiperlərlə fərdi hazırlığı tamamlayan Noyer, ikinci gündən etibarən meydan oyunçuları ilə ikitərəfli oyunlara qatılıb. Baldırındakı zədəni tam sağaldan 40 yaşlı qapıçı hazırda heç bir məhdudiyyət olmadan komanda ilə bərabər çalışır. Baş məşqçi Yulian Nagelsmannın şans verəcəyi təqdirdə, Manuel iyunun 14-də Kyurasao ilə keçiriləcək açılış oyununda meydanda ola bilər.

Qeyd edək ki, ikiillik fasilədən sonra milliyə dönən əfsanəvi qolkiper indiyə qədər yığmanın heyətində 124 matçda meydana çıxıb, 118 qol buraxıb və 50 oyunda qapısını toxunulmaz saxlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest