İspaniya La Liqası təmsilçisi "Xetafe" baş məşqçisi Pepe Bordalasla əməkdaşlığı davam etdirmək qərarına gəlib.

Matc.az xəbə verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər arasında imzalanan yeni müqavilə 2028-ci ilin yayına qədər qüvvədə olacaq.

Təcrübəli mütəxəssis indiyə qədər "Xetafe"ni bütün turnirlər daxil olmaqla ümumilikdə 345 rəsmi qarşılaşmaya çıxarıb. Bu oyunlarda Madrid təmsilçisi 131 qələbə qazanıb, 90 heç-heçə edib və 124 məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, komanda 2025/2026 mövsümünü La Liqada uğurlu göstərici ilə bitirib. Turnir cədvəlində 7-ci yeri tutan "Xetafe", növbəti mövsümdə UEFA Konfrans Liqasında oynamaq hüququ əldə edib.

Pepe Bordalas ötən mövsüm göstərdiyi bu uğurlu nəticəyə görə La Liqada "İlin ən yaxşı məşqçisi" adına namizədlərdən biri olsa da, yekunda bu mükafatı "Barselona"nın sükançısı Hansi Flik qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest