"Beşiktaş" "Arsenal"ın futbolçusu Leandro Trossarı transfer etmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

İstanbul nəhəngi belçikalı vinger üçün İngiltərə çempionuna 20 milyon avroluq təklif göndərəcək. "Beşiktaş" 31 yaşlı oyunçunun özünə issə illik 7-8 milyon avro maaş ödəməyə hazırdır.

Qeyd edək ki, Leandro Trossar ötən mövsüm "Arsenal"ın heyətində bütün turnirlərdə keçirdiyi 50 oyunda 8 qol vurub, 11 qol ötürməsi edib. Onun London klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest