11 İyun 2026, 10:40
FUTBOL
"Yuventus" "Aston Villa"nın qapıçısı Emiliano Martinesi transfer etmək istəyir.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Matteo Moretto məlumat yayıb.
İtaliya klubu argentinalı qolkiperlə 3 illik müqavilənin şərtlərini razılaşdırıb. "Aston Villa" Martines üçün 15 milyon avro tələb edir. "Yuventus" isə transfer 10 ilyon avrodan daha aşağı məbləğə rəsmiləşdirmək istəyir.
Qeyd edək ki, Emiliano Martines ötən mövsüm "Aston Villa"nın heyətində bütün turnirlərdə keçirdiyi 44 oyunda qapısında 49 qol görüb. 33 yaşlı "Əlcək sahibi"nin İngiltərə klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimidir.













