Argentina millisinin kapitanı Lionel Messidən sonra daha bir futbol əfsanəsi Amerika Kuboku-2019-a etirazını bildirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu dəfə Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilavert yerli konfederasiyanı tənqid atəşinə tutub.

O, Amerika Kubokunda korrupsiyaya yol verildiyini və Braziliyanın qəsdən çempion edildiyini söyləyib: "Şübhəsiz ki, Amerika Kuboku Braziliyanın çempion olması üçün hazırlanmışdı. KONMEBOL futbolu öldürür. Əgər biz demokratik dünyada yaşayırıqsa, onlar niyə Messini cəzalandırmaq istəməlidilər? Futbolçular birləşməli və KONMEBOL-u boykot etməlidilər. VAR texnikası Cənubi Amerikada futbolda üstünlük təşkil edən korrupsiyanı qanuniləşdirdi. VAR-ı idarə edən şirkət "FIFA qapısına" qatıldı".

Qeyd edək ki, finalda Peru üzərində qələbə qazanan Braziliya turnirin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest