"Ayaks"ın belçikalı vingeri Mika Qodts karyerasını PSJ-də davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Bildirilir ki, klublar arasında ilk təmaslar artıq baş tutub. Qodts özü klubun idman məsləhətçisi Luis Kampuşla konstruktiv söhbətdən sonra PSJ-yə keçməyə hazırdır. Kampuş Qodtsu bu yay komandanı tərk edə biləcək Bredli Barkolyanın potensial əvəzləyicisi kimi görür.
"Ayaks" əvvəllər Qodtsun satışına qarşı çıxsa da, Yulian Brandtı transfer etdikdən sonra Niderland klubu 21 yaşlı belçikalını buraxmağa hazırdır. Qodtsun "Ayaks"la müqaviləsi 2029-cu il iyunun sonuna qədər qüvvədədir, onun transfer dəyəri isə 35 milyon avro qiymətləndirilir.
Ötən mövsüm belçikalı futbolçu "Ayaks"ın heyətində bütün turnirlərdə çıxdığı 44 matçda 17 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. Cari ilin yazında vinger Belçika millisində debüt edib və hazırda yığmanın heyətində iki oyun keçirib.













