Müqavilənin müddətinin uzadılması üçün tələb olunan bonus Vinisius Juniorun "Real"ı ilə yeni sözləşmə imzalamamasının əsas səbəbi olaraq qalmaqdadır.

Matc.az xəbər verir ki, bu barədə jurnalist Xorxe Pikon "X" sosial şəbəkəsində məlumat yayıb.

Bildirilir ki, "madridlilər əvvəllər heç vaxt bu həcmdə bonus ödəməyiblər. "Kral Klubu" qorxur ki, belə bir ödənişə razılıq vermək digər futbolçuları da oxşar şərtlər tələb etməyə sövq edən presedent yarada bilər.

Vinisiusun həmin tələbi qaldığı müddətdə "Real"la müqaviləni yeniləməsi problemli görünür. Bununla belə, mənbə istənilən bonusun məbləğini açıqlamayıb.

Vinisius 2018-ci ilin yayından "Real"ın heyətində çıxış edir. Bu müddət ərzində hücumçu bütün turnirlərdə 375 matçda iştirak edib, 128 qol və 100 məhsuldar ötürmə ilə yadda qalıb.

Oyunçunun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalında yer alan məlumata görə, futbolçunun bazar dəyəri 140 milyon avro təşkil edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest