01 Avqust 2026, 15:32
TOP OYUNLARI
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində uğurlu çıxış edərək 1/4 finala yüksəlib.
3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində uğurlu çıxış edərək 1/4 finala yüksəlib.
Matc.az xəbər verir ki, təmsilçimiz qrup mərhələsinə möhtəşəm start verərək ilk görüşündə ABŞ millisini 18:13 hesabı ilə üstələyib.
Komandamız son qrup matçında Niderlandın U-25 yığmasından da üstün olub – 20:18. Bu nəticələrdən sonra qrup liderliyini təmin edən "Neftçi SOCAR" 1/4 finalda Çinin "Pekin" klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, təmsilçimizin 1/4 uğrunda mübarizəsi Bakı vaxtı ilə səhər saat 07:00-da start götürəcək.












