"Qol vurmaq üçün əlimizdən gələni etdik. Qapıçı matçı yüksək səviyyədə keçirdi. Ən yaxşısı qələbə qazanmaq, baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. İstənilən halda, yaxşı oynadığımızı düşünürəm. Nəticədən razıyıq".

"Qol vurmaq üçün əlimizdən gələni etdik. Qapıçı matçı yüksək səviyyədə keçirdi". Matc.az saytının məlumatına görə, bunu "Partizani"nin hücumçusu Eraldo çinari deyib.

23 yaşlı forvard yerli mətbuata açıqlamasında çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qolsuz bərabərə qaldıqları ilk görüşü dəyərləndirib.

Albaniyalı futbolçu nəticədən məmnun qaldıqlarını söyləyib: "Ən yaxşısı qələbə qazanmaq, baş məşqçinin tapşırıqlarını yerinə yetirmək idi. İstənilən halda, yaxşı oynadığımızı düşünürəm. Nəticədən razıyıq. Bu gün ən yaxşısını etməyə çalışdıq. Bu, basketbol yox, futboldu".

çinari Bakıdakı qarşılaşmada qol vuracağına ümid edir: "Qol vursaydım, mənim üçün xüsusi gün olardı. Atam iki gündü xəstəxanadadı. Onun və bacısının ad günüdü. Qol vurub, onlara həsr etmək istəyirdim. ümid edirəm ki, bunu Bakıda qeyd edəcəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest