İngiltərə millisinin hücumçusu Harri Keyn milli komandanın heyətində keçirdiyi oyunda tarixi nailiyyəti təkrarlamağı bacarıb.
Matc.az xəbər verir ki, bu barədə "ITV Football" məlumat yayıb.
İngilislər Millətlər Liqasının 3-cü turunun oyununda Xorvatiyanı 7:0 hesabı ilə darmadağın ediblər. Keyn və Bukayo Saka dublla fərqləniblər, digər qolları isə Cud Bellinqem, Entoni Qordon və Morqan Rocers vurublar.
Harri həmçinin aktivinə məhsuldar ötürmə də yazdırıb. 33 yaşlı hücumçu üçün bu matç tarixi nailiyyətlə əlamətdar olub. Belə ki, Keyn İngiltərə millisinin heyətində ardıcıl altıncı səfər oyununda qol vuraraq, sonuncu dəfə 1948-ci ildə ingilis futbolçuya nəsib olan nailiyyəti təkrarlayıb.
Xorvatiya ilə oyundan əvvəl forvard Çexiya, Albaniya, Latviya, Serbiya və Andorra ilə səfər qarşılaşmalarında qol vurmağı bacarıb. Əvvəllər "Üç şir"in heyətində belə bir seriyanı Sten Mortensen, Tom Finni və Ceyms Vindric nümayiş etdiriblər.
Cari mövsümdə "Bavariya"nın hücumçusu klub və milli komandanın heyətində 10 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.













