Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində bu gün "Kəpəz" və "Şamaxı" komandaları arasında keçiriləcək oyuna artıq 10 min bilet satılıb.
Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində bu gün "Kəpəz" və "Şamaxı" komandaları arasında keçiriləcək oyuna artıq 10 min bilet satılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, futbol həvəskarları biletləri həm iticket.az saytı vasitəsilə, həm də Gəncə Şəhər Stadionunun kassalarında əldə edə bilərlər. Qarşıdakı görüşə biletlərin qiyməti 2-20 manat arasında dəyişir.
Bilet satışı bu templə davam edərsə, avqustun 30-da "Kəpəz" - "Turan Tovuz" oyununda qeydə alınan 13500 tamaşaçı rekordunun yenilənəcəyi gözlənilir.
Xatırladaq ki, "Kəpəz" – "Şamaxı" matçı bu gün saat 20:15-də başlanacaq.













