Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşadakı qol hesabını artırmağa davam edir.

Matc.az xəbər verir ki, 29 yaşlı forvard "Rakuv"un heyətində növbəti dəfə rəqib qapısına yol tapıb.

Ekstraklasanın V turu çərçivəsində "Qurnik"ə qarşı keçirilən ev oyununa start heyətində başlayan futbolçumuz komandası 0:2 hesabı ilə geridə olarkən fərqi azaltmağı bacarıb. Mahir Emreli 79-cu dəqiqədə fərqlənsə də, onun bu qolu "Rakuv"u 1:2 hesablı məğlubiyyətdən xilas etməyə kifayət etməyib.

Qeyd edək ki, bu, cari ilin iyulun 17-də Polşa klubuna transfer olunan yığmamızın üzvünün "Rakuv" forması ilə çıxdığı rəsmi matçlarda vurduğu altıncı qol olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest