04 Sentyabr 2026, 01:21
FUTBOL
Braziliyalı hücumameyilli yarımmüdafiəçi Anderson Taliska "Fənərbaxça"dan ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Taliska 2025-ci ilin yanvarından "Fənərbaxça"da çıxış edirdi. O, Türkiyə komandasına Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubundan transfer olunmuşdu.
Ötən mövsüm Taliska "sarı-lacivərdlilər"in heyətində bütün turnirlərdə çıxdığı 45 oyunda 27 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Taliska ilə "Fənərbaxça" arasındakı müqavilə cari ilin fevral ayında uzadılmışdı. Sözügedən saziş 2028-ci ifin yayına qədər nəzərdə tutulmuşdu.












