"Kəpəz" klubu azarkeşlərinə müraciət edərək, komandanın hər zaman onların dəstəyinə və köməyinə ehtiyacı olduğunu bildirib.

"Kəpəz" klubu azarkeşlərinə müraciət edərək, komandanın hər zaman onların dəstəyinə və köməyinə ehtiyacı olduğunu bildirib.

Matc.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, dolu tribunalar qarşısında meydançaya çıxmaq futbolçulara inanılmaz güc və qüvvət verir. Klub sadiq fanat ordusunu komandanın "12-ci oyunçu"su, rəqibləri qorxuya salan və onların yuxularını ərşə çəkən qüvvə adlandırıb. "Kəpəz"in hamının qürur mənbəyi, ruhu, sevinci və ülvi sevgisi olduğunu xatırladan rəhbərlik, azarkeşləri bir-birinə dəstək olmağa çağırıb.

Müraciətdə bu gün "Şamaxı"ya qarşı keçiriləcək matçda stadionda diqqətli olmaq və tələb olunan qaydalara riayət etmək xahiş olunur. Xüsusilə, oyun zamanı meydançaya daxil olmağın, tribunalarda pirotexniki vasitələrdən istifadə etməyin, fişəng yandırmağın, od qalamağın, təhqiredici, irqi və siyasi şüarlar səsləndirməyin, həmçinin meydançaya yad əşyalar atmağın qəti qadağan edildiyi vurğulanır.

Qeyd olunub ki, əgər bu bəndlərdən hər hansı birinə əməl edilməsə, klub böyük məbləğdə cəriməyə məruz qalacaq. "Sarı-göylər"in əlavə problem yaşamasını istəməyən tərəfdarlardan "Kəpəz"i birgə qorumaq, cərimə və ya cəza ilə üzləşməsinə əsas yaratmamaq xahiş edilib. Mətbuat xidməti müraciətin sonunda anlayışa və dəstəyə görə təşəkkürünü bildirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest