Avstraliyalı tanınmış aktyor Hyu Cekman İngiltərənin "Norviç" klubunun səhmlərini almaq üçün danışıqlar aparır.

Matc.az xəbər verir ki, bu barədə o, "talkSPORT" nəşrinə verdiyi açıqlamada məlumat yayıb.

Bildirilir ki, Cekman belə bir layihədə maraqlı olduğunu qeyd edib. "Qızıl qlobus" mükafatı laureatının klubun məhz hansı hissəsini almağı planlaşdırdığı hələlik məlum deyil. Hazırda klubun səhmlərinin 85 faizinə amerikalı iş adamı Mark Attanasio sahibdir.

Ümumiyyətlə, Cekman əslən Norviçdən olan anasının bu kluba bağlılığı sayəsində hələ 7 yaşından komandanın azarkeşinə çevrilib.

2010-cu ildə aktyora bu klubun həmtəsisçisi olmaq təklif edilsə də, o, həmin vaxt bu ideyadan imtina etmişdi.

Qeyd edək ki, onun Hollivud filmlərində birlikdə rol aldığı yaxın dostu Rayan Reynolds İngiltərənin digər futbol klubu "Reksem"in sahibidir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest