"Səbail" 2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirərək heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Səbail" 2026/2027-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirərək heyətini iki yeni futbolçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, "dənizçilər" ilk olaraq milli komandamızın da formasını geyinmiş, son olaraq Türkiyənin "Serik Spor" klubunda çıxış etmiş Sərtan Taşkınla 1+1 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Keşlə", "Sumqayıt", "Zirə", "Turan Tovuz" və "Manisa"da çıxış etmiş 28 yaşlı cinah müdafiəçisi Azərbaycan Premyer Liqasında ümumilikdə 193 qarşılaşmada meydana çıxıb və 13 qola imza atıb.

Bakı təmsilçisinin digər transferi isə hücum xəttinə olub. "Səbail" son olaraq Serbiya Superliqasında "Radniçki" klubunun formasını geyinmiş Mboup Babakarla da 1+1 illik sözləşmə bağlayıb. 24 yaşlı seneqallı hücumçu paytaxt komandasının uğurları üçün tər tökəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest