"Qalatasaray" qış "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün "Liverpul"un ulduz oyunçusu Vircil van Deyki yenidən gündəminə alıb.
Matc.az xəbər verir ki, "sarı-qırmızılılar" qış transfer dövründə müdafiəyə mütləq güclü bir oyunçu cəlb etmək niyyətindədir və prioritet hədəf olaraq niderlandlı stoper seçilib.
İstanbul təmsilçisi 35 yaşlı ulduz futbolçunun "Liverpul" ilə müqaviləsinin mövsümün sonunda başa çatmasından və İngiltərə klubunun yeni müqqavilə məsələsindəki qərarsızlığından faydalanmağa çalışır.
Əgər rəhbərlik təcrübəli müdafiəçini qışda heyətinə qata bilməsə, yanvar ayından etibarən oyunçu ilə növbəti mövsüm üçün ilkin müqavilə bağlamaq variantını nəzərdən keçirəcək.
Bu transfer prosesində İngiltərədən bir-birini tanıyan və eyni menecerlik şirkəti ilə əməkdaşlıq edən İlkay Gündoğanın da vasitəçi olaraq mühüm rol oynayacağı gözlənilir.













