AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və aşağı liqalarda baş verən qayda pozuntuları ilə bağlı bir sıra sərt qərarlar qəbul olunub.

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və aşağı liqalarda baş verən qayda pozuntuları ilə bağlı bir sıra sərt qərarlar qəbul olunub.

Matc.az xəbər verir ki, bu barədə qurumun rəsmi mətbuat xidməti məlumat yayıb.

II Liqanın VI turu çərçivəsində baş tutan bir neçə qarşılaşmada klublar maliyyə sanksiyaları ilə üzləşiblər. "Qaradağ Lökbatan" – "Zəngəzur" matçında meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 300 manat cərimələnib. Eyni oyunda qırmızı vərəqə alan "Zəngəzur"un futbolçusu Tural Qurbatov 1 oyunluq cəzalandırılıb, klubu isə 50 manat ziyana düşüb.

"Şəki" – "Şəmkir" oyununda isə hər iki komanda meydanda həkim bulundurmadığı üçün cəzaya məruz qalıb. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün "Şəki" 200 manat, üçüncü dəfə təkrarlandığı üçün isə "Şəmkir" 250 manat cərimə edilib.

"Hypers" – "Marafon" qarşılaşması da intizam tədbirləri ilə yaddaqalan olub. Meydan sahiblərinin 4, qonaqların isə 5 futbolçusu sarı vərəqə aldığı üçün hər iki kluba 70 manat cərimə kəsilib. Bundan əlavə, təşkilati-texniki öhdəlikləri pozan "Hypers" daha 100 manat ödəməli olacaq.

Təcili Tibbi Yardım avtomobilinin gecikməsi səbəbindən gec başlayan "Ağdaş" – "Dinamo" oyununa görə meydan sahibləri 200 manat cərimə olunub. Təşkilati-texniki öhdəlikləri bu mövsüm artıq üçüncü dəfə pozan "Ağdaş" klubu əlavə olaraq 250 manatlıq sanksiyaya məruz qalıb.

"Şirvan" – "Difai" matçından sonra meydana kənar şəxs daxil olduğu üçün ev sahibi klub 250 manat cərimələnib. Qonaq komandanın futbolçusu Ayxan Qaracayev isə qırmızı vərəqəyə görə 1 oyunluq diskvalifikasiya edilib və klubu 50 manat cərimə olunub.

İntizam Komitəsi sənədlərin təhrif edilməsi ilə bağlı da sərt addım atıb. Daha əvvəl bu əməlinə görə 3 il müddətinə futboldan uzaqlaşdırılan Məmmədəli Ağatalıbovun digər klublar üçün də eyni qayda pozuntusuna yol verdiyi aşkarlanıb və onun cəzasına daha 2 il əlavə edilib. "Şahdağ Qusar"ın idman direktoru Məhəmməd Bədəlbəyliyə isə sənədləşmədə səhlənkarlığa yol verdiyi üçün töhmət verilib.

Uşaq futbol liqalarında da ciddi cəzalar və texniki məğlubiyyətlər qeydə alınıb. U-17 Liqasında hakimləri təhqir edən "Şamaxi"nın futbolçusu Hüseyn Bəbirxanlı 5 oyunluq, "Araz-Naxçıvan"ın oyunçusu Saleh Bağıyev isə qırmızı vərəqəyə görə 1 oyunluq cəza alıb. U-9 Liqasında isə "Cənub" komandasının məşqçisi Cavid Tarıverdiyev hakimləri təhqir etdiyi üçün növbəti 5 oyundan kənarlaşdırılıb.

U-14 Liqasında oyun protokolunu doldurmayan "Səbail"ə "Zəfər"lə matçda, əsasnamə qaydalarını pozaraq ehtiyat heyətə limitdən artıq oyunçu yazan "Hilal Ağsu"ya isə "Şamaxı" ilə görüşdə 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni aqibətlə U-13 Liqasında oyuna gəlməyən "Polad" komandası da üzləşib və "Sumqayıt City"yə texniki qələbə verilib. Liqanın digər oyunlarında qırmızı vərəqə alan yeniyetmə futbolçular Rəvan Allahverdiyev ("Ulduz") və Fərid Hüseynli ("Zəfər") 1 oyunluq cəzalandırılıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest