Tanınmış insayder Canluka Di Marsio "Yuventus"un Türkiyə millisinin vingeri Kenan Yıldızı hansı məbləğə sata biləcəyi barədə fikirlərini bölüşüb.

Matc.az xəbər verir ki, bu barədə jurnalistin sözlərini "Goal.com" portalı yayıb.

O, növbəti "transfer pəncərələri"ndə Kenan Yıldızın gələcəyi ilə bağlı sürprizlərin ola biləcəyini qeyd edib:

"Ötən yay oyunçu üçün "Arsenal" və "Tottenhem"dən doqquzrəqəmli məbləğdə təkliflər gəlmişdi, lakin "Yuventus" onlara baxmaqdan belə imtina etdi. Turinlilər mümkün transfer üçün qapıları açmadılar, lakin gələcəkdə bunun necə olacağı dəqiq deyil, xüsusən də onun potensial əvəzləyicisi kimi Alaybeqoviçi transfer etdikdən sonra. Əgər İtaliya klubu onu satmaq qərarına gəlsə, bu mütləq doqquzrəqəmli məbləğ olar. Dəqiq 110 və ya 120 milyon yox, 150 milyona yaxın bir rəqəm olar. Əgər mən mütləq 100 milyon avrodan baha qiymətə gedə biləcək bir oyunçunun adını çəkməli olsaydım, bu, mütləq Yıldız olardı".

Xatırladaq ki, A Seriyası 2025/26-cı illər mövsümündə Kenan Yıldızı yüksələn ulduz elan edib. Sentyabrın əvvəlində o, ayağından aldığı zədə səbəbindən 3 aylıq sıradan çıxıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest