"Bu dəfə rəqib meydanında qələbə qazanmaq istəyirik. Komandamıza inamımız böyükdür və qarşılaşmaya ciddi hazırlaşmışıq"

Azərbaycan millisi UEFA Millətlər Liqasının D Liqasında Lixtenşteyn yığmasına qarşı səfər oyununda qələbə qazanmağı hədəfləyir. Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov qarşılaşma öncəsi keçirilən mətbuat konfransında bildirib.
 
Futbolçu komandanın matça ciddi hazırlaşdığını və qələbəyə inandığını vurğulayıb:
 
“Ötən gün qeyd olunan Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.
Oyuna gəlincə, Bakıda keçirilən görüşdə hesab açılmamışdı. Bu dəfə rəqib meydanında qələbə qazanmaq istəyirik. Komandamıza inamımız böyükdür və qarşılaşmaya ciddi hazırlaşmışıq. İnanırıq ki, istədiyimizi meydanda reallaşdıraraq xalqımıza qələbə sevinci bəxş edə biləcəyik”.
 
Qeyd edək ki, noyabrın 13-də Vaduts şəhərində keçiriləcək Lixtenşteyn – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest