“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, C qrupunun VI turu çərçivəsində Azərbaycan təmsilçisi doğma meydanda Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edib. Gəncə İdman Sarayında baş tutan qarşılaşma qonaqların 31 xal üstünlüyü -  97:66 (18:19; 11:36; 19:23; 18:19) hesablı qələbəsi ilə yekunlaşıb.
 
Beləliklə, “Gəncə” turnirdə növbəti məğlubiyyətini alıb.
 
Xatırladaq ki, komandamız bundan əvvəl Rumıniyanın “Universitatea” klubuna (96:105), Yunanıstan təmsilçisi “Kolossos”a (62:80), həmçinin “Esenler Erokspor”a (63:92) uduzub. Azərbaycan klubu qrupda yeganə qələbəsini Portuqaliyanın “Sportinq” komandası üzərində qazanıb – 69:67.
 
“Gəncə” Bolqarıstanın “Rilski Sportist” klubu ilə oyunda isə texniki məğlubiyyətlə üzləşib – 0:20.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest