“Bavariya”nın baş məşqçisi Vensan Kompani UEFA Çempionlar Liqasının V turunda “Lill”ə 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
Matc.az xəbər verir ki, belçikalı mütəxəssis komandasının mübarizə apardığını, lakin ikinci hissədə oyun ritmini itirdiyini bildirib:
“Çalışdıq, buna görə də futbolçuların enerjisini günahlandıra bilmərəm. İkinci qolun vurulmasına isə, əlbəttə, imkan verməməli idik. Amma təcrübəmdən bilirəm ki, futbolda belə anlar olur. İndi öz şansımızı qazanmaq üçün mübarizə aparmalıyıq. Birlikdə olmalı, döyüşməli və bu mübarizədən müəyyən qədər zövq almalıyıq.
İlk hissə güclü və zəif tərəflərimiz baxımından tam təsəvvür etdiyimiz kimi keçdi. Ümumilikdə, çox yaxşı ilk hissə oynadıq. Lakin ikinci yarıda artıq oyun ritmimizi tapa bilmədik. Futbolun bir hissəsi də budur. Son dəqiqəyə qədər öz oyununuzu göstərməlisiniz”.



_1795712706.jpg)






_1693395834.png)


