“Tottenhem” “Benfika”nın hücumçusu Vangelis Pavlidislə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə Portuqaliyanın “Record” nəşri məlumat yayıb.

London klubu yunanıstanlı futbolçunu yaxından izləyir. “Tottenhem”in skautları 25 yaşlı hücumçunun oyununu canlı izləmək üçün mütəmadi olaraq “Benfika”nın matçlarına gedirlər.

Mənbənin məlumatına görə, İngiltərə təmsilçisi yaxın transfer pəncərələrində Pavlidis üçün rəsmi təklif göndərməyi nəzərdən keçirəcək. Lakin “Benfika” 2026/2027 mövsümünün ortasında komandanın ən məhsuldar futbolçusunu satmaq niyyətində deyil.

Qeyd edək ki, Pavlidis cari mövsümdə 20 oyunda 19 qol vurub və 4 məhsuldar ötürmə verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest