Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 9-cu turu çərçivəsində bu gün keçirilməli olan "Sabah" - "Zirə" oyunu da məhz koronavirus şübhəsi ilə əlaqədar təxirə salınıb. Oyunun qarşıdakı günlərdə təşkili nəzərdə tutulur.
"Müharibə başlanan gün çox sevindim. Hələ iyulda Bakıda Orduya dəstək mitinqində mən də iştirak etmişdim. Gecə saat 2-dək orada olmuşdum. Yəni, mübarizəyə oradan başlamışdım. Bir azərbaycanlı kimi, ölkəmiz, xalqımız, Cənab Prezidentimizlə qürur duyuram"
Təcrübəli müdafiəçi Premyer Liqanın 8-ci turunun "Keşlə" ilə (6:1) oyununda vurulan ikinci qolun müəllifi olub. Bu qarşılaşmayadək hesabında 698 top olan "Qarabağ" öz meydanındakı qol sayını 704-ə çatdırıb. Ağdamlılar 700-cü qolunu 396-cı ev oyununda vurub.
"Keşlə"ni 6:1 hesabı ilə məğlub edən Ağdam klubu bunadək 449 dəfə qalib gəlmişdi. 450-ci uğur 804-cü matça təsadüf edib. Əyalət təmsilçisi evdə 267, səfərdə 180, neytral meydanda 3 dəfə rəqiblərini məğlub edib.
"Həm Türkiyədə, həm də Bərdədə yaşanan faciəyə görə dünyalarını dəyişənlərə Allahdan rəhmət diləyirəm. İnaırıq ki, toprpaqlarımız yaxın günlərdə tam azad olunacaq. Ordumuza qüvvət arzulayıram"
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.