İlk yarış günündə kişilərdən Nicat Şıxəlizadə və Orxan Səfərov, qadınlardan Aişə Qurbanlı, Leyla Əliyeva, Gültac Məmmədəliyeva və Aleksandra-Larisa Florian mübarizə aparacaq. Noyabrın 20-də Rüstəm Orucov, Telman Vəliyev və Murad Fətiyev, noyabrın 21-də isə Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Elmar Qasımov, Uşangi Kokauri və İrina Kindzerska çıxış edəcək.