19 Dekabr 2020, 00:48
DÖYÜŞ NÖVLƏRİ
Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanmışdı.
Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə Fərdi Dünya Kubokuna yekun vurulub.
Matc.az xəbər verir ki, bir gümüş və bir bürünc medal qazanan sərbəst güləş yığmamız komanda hesabında 91 xalla üçüncü yeri tutub.
Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.
Qeyd edək ki, sərbəst güləşçilərimizdən Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.
Daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanmışdı.