Azərbaycan - Slovakiya oyunu makedoniyalılara tapşırıldı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Slovakiya ilə evdə keçirəcəyi Avropa çempionatının seçmə mərhələ oyununa təyinatlar açıqlanıb. UEFA Makedoniyadan olan briqadaya etibar edib. Sentyabrın 6-da "Dalğa Arena"da baş tutacaq qarşılaşmanı Deyan Yakimovski idarə edəcək.